U-14 Arda ilə görüşdü - Təmsilçimiz «Real»-«Xetafe» oyununda
Xəbərlər / 23 Sentyabr 2013 | 12:58330
U-14 Arda ilə görüşdü - Təmsilçimiz «Real»-«Xetafe» oyununda

Ispaniyanın Madrid şəhərində təşkil olunmuş Joze Mourinyo beynəlxalq turnirində iştirak edən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının düşərgəsini dünya futbolunun parlamaqda olan ulduzu - Türkiyə yığmasının və Madrid "Atletiko"sunun  futbolçusu Arda Turan ziyarət edib. Komandanın məskunlaşdığı "Novotel"də "qırmızı-qaralar"la görüşən Arda sonda kollektivlə xatirə şəkli çəkdirib.
Dünən isə "Qəbələ""Santyaqo Bernabeu" stadionunda "Real" - "Xetafe" oyununu izləyib. Matç "Real"ın 4:1-lik qələbəsi ilə yekunlaşıb.