U-14 bu gecə Litvaya yola düşəcək
Xəbərlər / 22 Fevral 2017 | 17:49522
U-14 bu gecə Litvaya yola düşəcək

"Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası bu gecə Litvaya yola düşəcək.

 

Yeniyetmələr paytaxt Vilnüsdə keçiriləcək "Ateitis Cup" turnirində iştirak edəcəklər. Turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. "Qəbələ" B qrupunda qərarlaşıb və aşağıdakı rəqiblərlə görüşəcək: "Minsk" FK (Belarus), "Legion" (Estoniya), "Jalgiris" (Litva), "Riqa" FK (Latviya). Digər qrupda yerli “Baltay”, BATE, SDJUSSHOR “Dinamo” (hər ikisi Belarus), RFSH Riqa (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər. Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. "Qəbələ"nin keçirəcəyi sonuncu oyundan öncə Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla anılacaqlar. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.