U-14-dən 1 qələbə, 1 məğlubiyyət
Xəbərlər / 27 Oktyabr 2017 | 17:40353
U-14-dən 1 qələbə, 1 məğlubiyyət

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” turnirinə start verilib. Yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviyanın “Dauqavpils” komandasına qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Komandamız Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.