U-14-dən 7, U-11-dən 12 qol
Xəbərlər / 10 Oktyabr 2017 | 23:37480
U-14-dən 7, U-11-dən 12 qol

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” U-17 Liqasında “Neftçi” ilə heç-heçə edib – 1:1. 5 oyunda 11 xal toplayan komandamız 3-cü sırada qərarlaşıb. U-15 “Sumqayıt”la ev oyununda 3 xal qazanıb – 2:1. 3 matçda 7 xal toplayan komandamız 3-cü yerdədir.

U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Autizmlilərin”i 7:0 hesabı ilə üstələyib. 2-ci böyükhesablı qələbəsini qazanan komandamız 6 xalla 3-cü pillədə yer alıb. “Zirə”ni 2 cavabsız qolla məğlub edən U-13 də paytaxt regionunun liderləri sırasındadır. 6 xala malik komandamız top fərqinə görə 3-cüdür.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız IV turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 4:0, UGİM isə Ağdaşın UGİM-ini 3:0 hesabı ilə yenib. 4 turdan sonra “Qəbələ”nin 12, UGİM-in 9 xalı var. U-11 Liqasında da komandalarımız eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:0, UGİM 10:0 hesabı ilə qalib gəlib. Burada da “Qəbələ”nin 12, UGİM-in 9 xalı var. Üç komanda ilə təmsil olunduğumuz U-10 Liqasında “Qəbələ” Yevlax UGİM “Rabitəçi”sini 8:2, Gİİ isə İsmayıllı UGİM-ini 10:2 hesabı ilə üstələyib. Hərəyə 3 matç keçirən təmsilçilərimizdən “Qəbələ” 9, Gİİ 6, UGİM 3 xal toplayıb.