U-14 Liqasında bürünc medal 
Xəbərlər / 5 May 2017 | 08:40372
U-14 Liqasında bürünc medal 

AFFA-nın U-14 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub. “Qəbələ” yarışın son günündə III yer uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” “Kapital Bank Arena”da keçirilən görüşdə “Qarabağ”la qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn komandamız mövsümü bürünc medallarla başa vurub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov  təqdim ediblər.

Bununla da, “Qəbələ” akademiyasının  liqalarda qazandığı medalların sayı 5-ə çatıb. U-16, U-15 və U-13 qızıl, U-14 və U-10 bürünc mükafata yiyələnib. Xatırladaq ki, “Qəbələ” final mərhələsində Sumqayıt İOEUGİM (4:0, 5:0), “Vətən” RİOEUG (0:1, 1:0) və “Neftçi” PFK (2:2, 1:2) ilə qarşılaşıb.