U-14 Litvada keçiriləcək turnirdə iştirak edəcək
Xəbərlər / 25 Oktyabr 2017 | 22:09492
U-14 Litvada keçiriləcək turnirdə iştirak edəcək

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. “Qırmızı-qaralar” Litvanın paytaxtı Vilnüsdə keçiriləcək “Ateitis Cup”da qüvvəsini sınayacaq. Ülfət Mədətovun baş məşqçisi olduğu komanda oktyabrın 27-29-da keçiriləcək turnirə 18 futbolçu ilə yollanacaq. Komandamızın heyətində Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Sahil Həsənov, Nuqay Rəşidov, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov, Aslan Şirinov, Murad Ələkbərov, Okan Təhməzov, Sənan Kərimov və Eşqin Əhmədli yer alıb.

“Qəbələ” turnirin C qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” Finlandiyanın “Maski”, Belarusun “Smena”, Litvanın “Vilnüs” və Latviyanın “Dauqavpils” komandaları ilə eyni qrupda çıxış edəcək. İlk oyun günündə futbolçularımız Litva və Latviya təmsilçiləri ilə üz-üzə gələcək. “Qəbələ” oktyabrın 28-də “Maski” və “Smena” ilə qarşılaşacaq. Qrupda ilk üç yeri tutan komandalar növbəti mərhələyə yüksələcək.