U-15 «Dinamo»nu məğlub etdi
Xəbərlər / 23 Avqust 2017 | 22:39619
U-15 «Dinamo»nu məğlub etdi

“Qəbələ” və Gürcüstan “Dinamo”sunun (Tbilisi) aşağı yaş qrupları üzrə komandaları arasında növbəti oyunlar keçirilib. Akademiyamızın U-15 və U-13 komandaları Azərbaycanın qonağı olan qonşu ölkə təmsilçisinin müvafiq yaş qruplarından olan həmyaşıdları ilə görüşüb. 13 yaşadək futbolçularımız “Dinamo”ya 0:2 hesabı ilə uduzub. U-15 komandamız isə meydanı qələbə ilə tərk edib. Futbolçularımız 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ”nin qollarına Kamal Kazımov və Ümid Həmzəyev imza atıb.

Xatırladaq ki, iki gün öncə keçirilən ilk yoxlama oyunlarında U-13 3:2 hesabı ilə qalib gəlib, U-15 isə 0:1 hesabı ilə məğlub olmuşdu.