U-15 və U-16 Liqalarının püşkü atılıb
Xəbərlər / 10 Sentyabr 2012 | 12:29593
U-15 və U-16 Liqalarının püşkü atılıb

Bu gün AFFA-da Kapital Bank U-15 və U-16 Liqasının püşkatma mərasimi keçirilib. U-15 Liqasında komandalar iki qrupda mübarizə aparacaqlar:

A qrupu: "Qəbələ", "Şahdağ", "Kəpəz", AZAL, "Qarabağ", "Neftçi" İSM, "Rəvan", "Əlincə", "Sumqayıt"

B qrupu: "Turan", "Xəzər-Lənkəran", "Simurq", "Bakı", "İnter", "Neftçi", ROİL, "Vətən", "Təhsil" Sumqayıt.

Hər qrupda ilk 3 yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Növbəti mərhələ iki dövrədən ibarət 6 komandalıq sistemlə keçiriləcək və qalib müəyyən olunacaq. Liqaya oktyabrın 16-ı start veriləcək.

U-16 Liqasında 13 komanda iki dövrəli sistem üzrə çıxış edəcək.
Püşkün nəticəsinə görə, "Qəbələ" 1-ci turda iştirak etməyəcək. Digər cütlüklər aşağıdakı kimidir:

"Sumqayıt" - "Bakı kəndləri"
"Bakı" - "İnter"
"Qarabağ" - "Bakı 008"
AZAL - "Vətən"
"Turan" - "Xəzər Lənkəran"
"Neftçi" - "Rəvan"