U-16-dan 7 cavabsız qol
Xəbərlər / 31 Mart 2017 | 21:33345
U-16-dan 7 cavabsız qol

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib. U-19 komandamız səfərdə “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1. 25 oyundan sonra 59 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. Eyni rəqiblə qarşılaşan U-17 səfərdən 3 xalla dönüb – 3:1. 20 qarşılaşmadan sonra 48 xala malik komandamız turnir cədvəlinin 3-cü pilləsindədir. “Neftçi” İK İB ilə görüşən U-16 ev oyununda 7 cavabsız qol vurub. 20 matç keçirən “Qəbələ” 46 xalla yarışın lideridir. Son oyunu təxirə salınan U-15 18 matçda topladığı 50 xalla 1-ci pillədə qərarlaşıb. Qızlar liqasında çıxış edən “Qəbələ” “Fidan”a qalib gəlib - 3:0. 13 oyundan sonra 34 xala malik komandamız yarışın lideridir.