U-16-dan böyükhesablı səfər qələbəsi
Xəbərlər / 9 Fevral 2017 | 22:45541
U-16-dan böyükhesablı səfər qələbəsi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən təmsilçilərimiz son bir həftədə 5 qarşılaşmaya çıxıb. 4 matçda qələbə qazanan komandalarımız yalnız bir heç-heçə edib. 
U-19 evdə “İnter”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 18 oyundan sonra hesabında 41 xal olan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.
U-17 də “İnter”lə üz-üzə gəlib. Komandamız 2 cavabsız qolla qələbə qazanıb. 15 matçda 38 xal toplayan “Qəbələ” 2-ci pillədə yer alıb.
“Turan”ın qonağı olan U-16 isə səfərdən böyükhesablı qələbə ilə qayıdıb – 6:1. Bunadək “Ağsu”nu 8 cavabsız qolla məğlub edən “qırmızı-qaralar” 14 oyunda 28 xal toplayaraq 3-cü pillədədir. 
U-15 öz meydanında “Kəpəz”lə görüşüb. Komandamız 3 xalı 3 qolla qazanıb – 3:1. 14 matçda 40 xal toplayan “Qəbələ” yarışın vahid lideridir.