U-16-dan səfər, U-15-dən ev qələbəsi
Xəbərlər / 27 Dekabr 2017 | 23:59528
U-16-dan səfər, U-15-dən ev qələbəsi

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvələrini sınayıblar. 

U-17 ilin son oyununda “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. 16 matçda 44 xal yığan komandamız qış fasiləsinə 1-ci yerdə yollanıb.

U-16 Liqasında isə “qırmızı-qaralar” “Turan”la səfər oyununda 3 xal qazanıb – 2:1. 14 oyundan sonra 34 xala malik “Qəbələ” ili zirvədə başa vurub.

U-15 də 2017-ci ili qələbəylə bitirib. Komandamız evdə “Səbail”in qapısından 3 cavabsız top keçirib.13 matçda 37 xal toplayan “qırmızı-qaralar” qış çempionu olublar.

Paytaxt zonasında çıxış edən U-14 “Xəzri”dən güclü olub – 10:0. 14 oyundan sonra 38 xala malik komandamız 1-ci pillədə qərarlaşıb.

Eyni zonada mübarizə aparan U-13 “Neftçi” ilə heç-heçə edib – 2:2. 13 matçda 34 xal toplayan komandamız 1-ci pillədədir.