U-16 səfərdə 7 cavabsız qolla qalib gəldi
Xəbərlər / 7 Dekabr 2017 | 21:38383
U-16 səfərdə 7 cavabsız qolla qalib gəldi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. Gənclər Liqasında mübarizə aparan U-19 komandamız evdə “Səbail”lə heç-heçə edib – 1:1. “Qəbələ” 11 oyundan sonra 29 xalla yarışın vahid lideridir. U-17 səfərdə “Keşlə”ni məğlub edib – 2:0. 12 matçda 32 xal yığan komandamız turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

“Qəbələ” U-16 Liqasında “Səbail”in qonağı olub və səfərdə 7 cavabsız qolla qalib gəlib. “Qırmızı-qaralar” 10 oyundan sonra 24 xalla 2-ci pillədə yer alıb. U-15 “Neftçi”dən güclü olub – 3:0. 11 görüşdə 31 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

Paytaxt zonasında çıxış edən U-14 “Stern”i 14:0 hesabı ilə məğlub edib. 10 oyundan sonra 29 xala malik komandamız 1-ci pilləyə yüksəlib. 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız XII turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” və UGİM arasında görüşdə qalib nüəyyənləşməyib – 1:1. 12 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 31 xalı var. U-11 Liqasında “Qəbələ” UGİM-dən güclü olub – 8:1. 12 oyundan 36 xal toplayan “Qəbələ” 1-ci, 24 xal qazanan UGİM 2-cidir. U-10 Liqasındakı üç komandamızdan ikisi meydana çıxıb. UGİM-i (Yevlax) 21:1 məğlub edibsə, Gİİ Yevlax UGİM “Rabitəçi”sinə uduzub – 4:7. 10 görüşdə 30 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 11 matçda 21 xal toplayan Gİİ 3-cü, 10 qarşılaşma keçirən UGİM 18 xalla 4-cüdür. Qızlardan ibarət komandamız Yüksək liqada “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, ardınca “Təhsil”i məğlub edib – 3:0. 8 turdan sonra “qırmızı-qaralar” 19 xalla yarışın lideridir.