U-17 2014-cü ili lider kimi başa vurdu
Xəbərlər / 19 Dekabr 2014 | 19:20319
U-17 2014-cü ili lider kimi başa vurdu

“Qəbələ” Futbol Akademiyasının komandaları son bir həftədə növbəti oyunlarını keçirib. Bu qarşılaşmalarda U-17, U-15, U-14 və U-12 növbəti qələbələrini qazanıb.
2014-cü ildə son liqa matçına çıxan U-17 səfərdə “Qarabağ”ı 3 cavabsız qolla məğlub edib. 10 qarşılaşmada 28 xal toplayan “Qəbələ” qış fasiləsinə vahid lider kimi yollanıb. 11 qol vuran Rövlan Muradov isə bombardirlər yarışının lideridir.
Səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən U-15 ilin son matçında “Simurq”la qarşılaşacaq. 11 oyundan sonra hesabında 26 xal olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.
Paytaxt zonasında çıxış edən U-14 “Sumqayıt”ı 8:0 hesabı ilə məğlub edib. 12 matçda 31 xal toplayan “Qəbələ” 2014-cü ili 2-ci pillədə başa vurub.
U-12 komandası Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasındakı son qarşılaşmasında Qax UGİM-ini 10:0 hesabı ilə məğlub edib. 11 oyunda 29 xal qazanan komanda fasiləyə lider kimi yollanıb.
U-13 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında 2014-cü ilin son oyunları keçirilib. Bu turda istirahət edən “Qəbələ” 10 oyunda topladığı 25 xalla fasiləyə lider kimi yollanıb.
U-19 komandası XII turda istirahət edib. 11 matçda topladığı 20 xalla 5-ci pillədə qərarlaşan “Qəbələ” növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaq.
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında 2014-cü ilin son oyunları keçirilib. Bu turda istirahət edən “qırmızı-qaralar” 9 qarşılaşmada topladığı 24 xalla ili zirvədə tamamlayıb.
11 oyunda 28 xal toplayan U-16 ikinci pillədə qərarlaşıb. 2014-cü ilin son turunda “qırmızı-qaralar” “Rəvan”ı qəbul edəc