U-17 Antalyaya yollandı
Xəbərlər / 14 Yanvar 2012 | 20:00594
U-17 Antalyaya yollandı

“Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yanvarın 14-də hazırlıq məqsədilə Antalyaya yollanıb. Heyətə daha aşağı yaş qruplarından oyun səviyyəsinə görə fərqlənən futbolçular da cəlb olunub. Yanvarın 24-dək davam edəcək təlim məşq toplanışı müddətində U-17  "Papilion Belvil Otel"də məskunlaşacaq.  Hazırlıq dövründə “Qəbələ” yoldaşlıq oyunu keçirəcək. İlk matç yanvarın 17-də “Antalya Kunduspor”un 17 yaşa qədər futbolçulardan ibarət komandasına qarşı baş tutacaq. “Qəbələ”nin ikinci oyunu 20 yanvara planlaşdırılsa da, rəqib hələ ki, müəyyənləşməyib.  3-cü matçda isə Famil Xəlilovun yetirmələri Rusiyanın 16 yaşlılardan ibarət yığması ilə üz-üzə gələcək. “Qəbələ” Antalyaya aşağıdakı heyətlə yollanacaq:

1.  Əli Həsənli/Qapıçı/1996
2.  Aleksey Dedyukin/Qapıçı/1997
3.  Yusif Şirinov/Qapıçı/1997
4.  Şirməhəmməd Məmmədov/Müdafiəçi/1995
5.  Sadiq Quliyev/Müdafiəçi/1995
6. İbrahim Aslanlı/Müdafiəçi/1996
7.  Vəzir Musayev/Müdafiəçi/1996
8.  Məhəmməd Hüseynov/Müdafiəçi/1997
8.  Bəhlul Mustafazadə/Müdafiəçi/1997
9.  Çingiz Hüseynov/Müdafiəçi/1997
10.  Elvin Camalov/Yarımmüdafiəçi/1995
11.  Əsgər Nəbiyev/Yarımmüdafiəçi/1995
12.  Elnur Mustafazadə/Yarımmüdafiəçi/1995
13.  Tellur Mütəllimov/Yarımmüdafiəçi/1995
14.  Tərlan Əhmədov/Yarımmüdafiəçi/1996
15.  Qismət Alıyev/Yarımmüdafiəçi/1996
16.  Həsi Hümbətli/Yarımmüdafiəçi/1996
17.  Roman Hüseynov/Yarımmüdafiəçi/1997
18.  Əli Səmədov/Yarımmüdafiəçi/1997
19. Sahil Mirzəyev/Yarımmüdafiəçi/1997
20. Fərid Hacıyev/Hücumçu/1995
21. Ehtiram Şahverdiyev/Hücumçu/1996
22. Coşqun Süleymanov/Hücumçu/1998
23. Fərid Əsədli/Hücumçu/1998

Baş məşqçi: Halim Fıçıcı
Məşqçi: Famil Xəlilov

Xatırladaq ki, “Qəbələ” U-17 ötən il də qış fasiləsi hazırlıq dönəmini Antalyada keçirmişdi. Həmin vaxt “Qəbələ” U-17 liqasının çempionu olduğu üçün AFFA tərəfindən Türkiyəyə göndərilmişdi. Ötən mövsüm isə “Qəbələ” U-17 liqasında gümüş medallara sahib olub. Bu dəfə  klub rəhbərliyi “Qəbələ”nin Antalyada təlim-məşq keçməsini təmin edib.