U-17-dən 10, U-11-dən 30 qol 
Xəbərlər / 17 Oktyabr 2017 | 23:28341
U-17-dən 10, U-11-dən 30 qol 

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb. 

“Qırmızı-qaralar” U-17 Liqasında “Ağsu” ilə səfər matçında böyükhesablı qələbə qazanıb – 10:1. 6 oyunda 14 xal toplayan komandamız 3-cü sırada qərarlaşıb. U-16 evdə “Turan”dan güclü olub – 4:2. 3 oyunda 9 xal toplayan “Qəbələ” 2-ci yerdədir. U-15 rəqib meydanında “Zaqatala”dan 3 xal alıb – 4:1. 4 matçda 10 xal toplayan komandamız 2-ci yerə yüksəlib.

U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Vətən” RİOEUGFM ilə qarşılaşıb. Komandamız ilk xal itkisi ilə üzləşib – 1:1. 3 oyunda 7 xal qazanan “qırmızı-qaralar” turnir cədvəlinin 4-cü sırasındadır. “Arsenal”ı 6 cavabsız qolla məğlub edən U-13 ardıcıl 3-cü qələbəsini qazanıb. 9 xala malik “Qəbələ” yalnız top fərqinə görə 2-cidir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız V turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Ağdaş UGİM-ini 7, UGİM isə İsmayıllı UGİM-ini 4 cavabsız qolla üstələyib. 5 turdan sonra zirvədə qərarlaşan “Qəbələ”nin 15, UGİM-in 12 xalı var. U-11 Liqasında da komandalarımız eyni rəqiblərlə görüşüb. “Qəbələ”nin oyununda qeyri-adi hesab qeydə alınıb. Komandamız ağdaşlıları 30:0 hesabı ilə yenib. UGİM isə 7 cavabsız qol vurub. U-13 Liqasında da “Qəbələ”nin 15, UGİM-in 12 xalı var. Üç komanda ilə təmsil olunduğumuz U-10 Liqasında iki komandamız üz-üzə gəlib. “Qəbələ” Gİİ-ni 6:1 hesabı ilə məğlub edib.UGİM isə İsmayıllı UGİM-ini 16:0 hesabı ilə üstələyib. Hərəyə 4 matç keçirən təmsilçilərimizdən “Qəbələ” 12, Gİİ və UGİM 6 xal toplayıb.