U-17-dən 12, U-11-dən 22 qol
Xəbərlər / 22 Noyabr 2017 | 19:45418
U-17-dən 12, U-11-dən 22 qol

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. Gənclər Liqasında mübarizə aparan U-19 komandamız IX  turda “Qarabağ”ı qonaq edib. 1:0 hesabı ilə qalib gələn “Qəbələ” 8 oyundan sonra 22 xalla yarışın vahid lideridir. “Qəbələ” U-17 Liqasında “Mil-Muğan”ı 12:0 hesabı ilə yenib. “Qırmızı-qaralar” 11 oyundan sonra 29 xalla 1-ci pillədə qərarlaşıb. U-15 evdə “Kəpəz”ə qalib gəlib – 2:0. 9 görüşdə 25 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

Paytaxt zonasında çıxış edən U-14 “Səbail”i 2:0, İsgəndər Cavadov BFA-nı 5:0 hesabı ilə məğlub edib. 8 oyundan sonra 20 xala malik komandamız 4-cü pillədə qərarlaşıb. U-13 isə “Binə”ylə matçda ardıcıl 8-cı qələbəsinə sevinib – 4:1. “Keşlə”yə 1:2 hesabı ilə uduzduqdan sonra komandamız 24 xalla zirvədə qərarlaşıb. Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız X turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Ağdaş UGİM-ini 13:0, UGİM isə İsmayıllı UGİM-ini 5:1 hesabı ilə yenib. 10 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 27 xalı var. U-11 Liqasında da təmsilçilərimiz eyni rəqiblərlə görüşüb. “Qəbələ” 22:0 hesabı ilə qalib gəlsə də, UGİM meydanı xalsız tərk edib - 1:2. 9 oyundan 27 xal toplayan “Qəbələ” 1-ci, 10 qarşılaşmada 18 xal qazanan UGİM 3-cüdür. U-10 Liqasındakı üç komandamızdan ikisi üz-üzə gəlib. “Qəbələ” UGİM-i 5:1 hesabı ilə yenib. Gİİ isə İsmayıllı UGİM-inə 9 cavabsız qol vurub. 8 görüşdə 24 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 9 matçda 21 xal toplayan Gİİ 2-ci, 15 xallı UGİM 4-cüdür. Qızlardan ibarət komandamız Yüksək liqada ardıcıl 5-ci qələbəsini qazanıb. “Fidan”ı 18:0 hesabı ilə yenən “qırmızı-qaralar” 15 xalla yarışın lideridir.