U-17-dən böyükhesablı səfər qələbəsi
Xəbərlər / 4 Aprel 2018 | 20:13417
U-17-dən böyükhesablı səfər qələbəsi

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Gənclər Liqasında hesabat turunda istirahət edən “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Komandamız 19 matçda 49 xal toplayıb. U-17 səfərdə “Xəzər Lənkəran”ı böyükhesablı məğlubiyyətə uğradıb – 3:0. 26 görüşdə 67 xal yığan komandamız yarışın lideridir.

Sumqayıt təmsilçisi İOEUGİM-lə qarşılaşan U-15 də böyük hesabla qalib gəlib – 5:1. 22 görüşdə 58 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridir.