U-17-dən səfər qələbəsi
Xəbərlər / 2 Fevral 2017 | 23:31468
U-17-dən səfər qələbəsi

“Qəbələ” Futbol Akademiyasının daha bir komandası 2017-ci ilə start verib. Bu həftə AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda mövsümün növbəti oyunları baş tutmalı olsa da, yalnız U-17 ilin ilk sınağına çıxıb. Digər liqalarda oyunlar əlverişsiz hava şəraiti üzündən təxirə salınıb. Belə ki, Bakcell U-17 Liqada 2017-ci ilin ilk matçları baş tutub. “Qəbələ” XV turda “Neftçi” İK İB-in qonağı olub. Komandamız səfərdən 3 xalla dönməyi bacarıb – 2:1. 14 matçdan sonra 35 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.