U-17 üç, U-15 dörd qolla qalib gəldi
Xəbərlər / 29 Yanvar 2018 | 21:57426
U-17 üç, U-15 dörd qolla qalib gəldi

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə komandalar arasında keçirilən liqalarda mövsümün ikinci yarısına start verilib. “Qəbələ”nin U-17, U-16 və U-15 komandaları da növbəti matçlarını keçiriblər.

İki oyun keçirən U-17 öncə “Ağsu”nun qonağı olub, ardınca “Zirə”ni qəbul edib. Mövsümdə ilk məğlubiyyətini (0:1) səfərdə alan komandamız ikinci oyundan qələbə ilə ayrılıb – 3:1. 18 oyundan sonra hesabında 47 xal olan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

U-16 “Kəpəz”i qəbul edib. 6 cavabsız qol vuran “qırmızı-qaralar” 3 xal qazanıb. 15 matçda 37 xal toplayan komandamız liderliyini davam etdirir.

U-15 2018-ci ilin ilk matçında “Viləş”in qonağı olub. Komandamız görüşdə 4:2 hesablı qələbə qazanıb. 14 oyunda 40 xal yığan “Qəbələ” yarışın vahid lideridir.