U-19 Antalyada təlim-məşq toplanışı keçirəcək
Xəbərlər / 5 Yanvar 2017 | 21:23766
U-19 Antalyada təlim-məşq toplanışı keçirəcək

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının hazırlıq planı bəlli olub. U-19 Liqasında çıxış edən “qırmızı-qaralar” qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək. Baş məşqçi Halim Fıçıcının rəhbərliyi altında Antalyaya yollanacaq komandamız yanvarın 8-dən 14-dək təlim-məşq toplanışında olacaq. “Papillon Belvil Hotel”də məskunlaşacaq U-19-un yoxlama oyunları keçirməsi də nəzərdə tutulub. Bu qarşılaşmalar yanvarın 10-na, 12-nə və 14-nə planlaşdırılıb. Komanda səfərə 22 futbolçu ilə yollanacaq: Məhəmməd Abbaslı, Elmir Tağıyev, İlkin Abdullayev, Tacir Əlizadə, Abbas Ağazadə, Vüsal Mustafayev, Güləli Mehrəliyev, Tunar Mütəllimov, Tural Əjdərli, Fəqan Məsimov, Vüsal Məsimov, Rəşad Tağıyev, Fərid Nadirov, İzzət Müştaqov, Rüstəm Nuruyev, Fikrət Tağıyev, Kamran Quliyev, Arsen Ağacabəyov, Osman Soltanov, Faiq Hacıyev, Elməddin Sultanov, Sərxan Osmanov.