U-19-dan böyükhesablı qələbə
Xəbərlər / 11 Aprel 2018 | 18:58391
U-19-dan böyükhesablı qələbə

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Gənclər Liqasında “Sumqayıt”ı qəbul edən “Qəbələ” böyükhesablı qələbə qazanıb – 4:1. Komandamız 20 matçda 52 xal toplayıb və 1-ci pillədə qərarlaşıb. U-17 evdə “Neftçi”yə məğlub olub – 0:1. 27 görüşdə 67 xal yığan komandamız yarışın lideridir. Hesabat turunda istirahət edən U-16 23 oyunda topladığı 55 xalla turnir cədvəlinə başçılıq edir. Səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə məğlub olan U-15 23 görüşdə 58 xal toplayıb. “Qırmızı-qaralar” çempionatın vahid lideridir. 

U-14 “Qarabağ” üzərində qələbə qazanıb – 2:1. 21 qarşılaşmadan sonra 54 xala malik komandamız Paytaxt zonasının lideridir. U-13 “Səbail”ə 1:2 hesabı ilə uduzub. 20 oyunda 47 xal toplayan “Qəbələ” Paytaxt zonasında 3-cüdür. Qızlar arasında Yüksək Liqada keçirilən “Qəbələ” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib – 1:1. 13 matçda 32 xal toplayan komandamız 2-ci pillədə qərarlaşıb.