U-19-dan minimal, U-17-dən böyükhesablı qələbə
Xəbərlər / 21 Fevral 2018 | 20:59463
U-19-dan minimal, U-17-dən böyükhesablı qələbə

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. “Qəbələ”nin U-19 komandası lideri olduğu Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Qırmızı-qaralar” bu gün baş tutan ev oyununda “Neftçi”dən 3 xal alıb – 1:0. 15 matçda 41 xal toplayan “Qəbələ” çempionatın turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Öz meydanında “Kəpəz”lə qarşılaşan U-17 böyükhesablı qələbəyə sevinib – 4:0. 21 görüşdə 54 xal yığan komandamız yarışın lideridir. U-16 səfərdə “Neftçi”nin qonağı olub. 1:0 hesablı qələbə qazanan “Qəbələ” 17 matçdan sonra 43 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Sumqayıt”la səfərdə görüşən U-15 də turu qələbə ilə başa vurub. 2:1 hesabı ilə qalib gələn komandamız 17 görüşdə 46 xal toplayıb. “Qırmızı-qaralar” çempionatın vahid lideridir.