U-19 qələbə hesabını qoruya bilmədi - Fotoreportaj
Xəbərlər / 15 Fevral 2017 | 22:35573
U-19 qələbə hesabını qoruya bilmədi - Fotoreportaj

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən təmsilçilərimizdən U-19 və U-17 çempionatda növbəti sınağına çıxıb. Sonuncular qalib gəlibsə, U-19 səfərdəki 2 matçdan xalsız dönüb.
U-19 öncə səfərdə “Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Bu gün isə ötən mövsüm bu yaş qrupunda çempion olan “qırmızı-qaralar” cari birinciliyin lideri “Qarabağ”la görüşüb. Komandamız səfər oyununda hesabı açsa da, yekunda məğlub olub - 1:2. 20 oyundan sonra hesabında 44 xal olan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.
U-17 isə “Zirə”nin qonağı olub. Komandamız 3 cavabsız qolla böyükhesablı qələbə qazanıb. 16 matçda 41 xal toplayan “Qəbələ” bu qələbə ilə 1-ci pilləyə yüksəlib.