U-19 və U-16 səfərdə, U-17 evdə qalib gəldi
Xəbərlər / 7 Mart 2018 | 20:54334
U-19 və U-16 səfərdə, U-17 evdə qalib gəldi

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Gənclər Liqasında III dövrəyə start verilib. “Neftçi” İK İB-in qonağı olan “Qəbələ” səfər matçında böyük hesabla qalib gəlib – 4:0. 17 matçda 45 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. U-17 də III dövrəyə “Neftçi” İK İB üzərində böyükhesablı qələbə ilə başlayıb. “Qırmızı-qaralar” evdə 3 cavabsız qolla qalib gəlib. 23 görüşdə 60 xal yığan komandamız yarışın lideridir. 

II dövrənin son matçına çıxan U-16 “Neftçi” İK İB-in qonağı olub. “Qəbələ” 5:2 hesablı qələbə qazanıb. Komandamız 20 matçdan sonra 49 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Zirə” ilə səfərdə görüşən U-15 2:3 hesabı ilə məğlub olub. 19 görüşdə 49 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridir. Paytaxt regionunda çıxış edən U-13 “Neftçi” PFK ilə heç-heçə edib – 1:1. 16 matçda 41 xal toplayan “Qəbələ” 1-ci pillədə qərarlaşıb.

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” və UGİM üz-üzə gəliblər. 3:0 hesablı qələbə qazanan “Qəbələ” 15 matçdan 40 xalla 1-ci, UGİM 37 xalla 2-cidir. U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında da eyni rəqiblər üz-üzə gəlib. “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. 15 turdan sonra “Qəbələ” 45 xalla 1-ci, UGİM 30 xalla 2-cidir.

U-10 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ  zonasında “Qəbələ” Yevlaxın “UGİM-Rabitəçi”sini 10:0 hesabı ilə yenib. Gİİ isə UGİM-dən güclü olub – 2:1. 14 turdan sonra “Qəbələ” 42 xalla 1-ci, Gİİ 30 xalla 2-ci, UGİM 21 xalla 4-cüdür. Qızların Yüksək Liqa yarışlarında “Qəbələ” “Zaqatala”nı 2:0 hesabı ilə məğlub edib. 12 matçda 31 xal toplayan “qırmızı-qaralar” yarışın lideridir.