Üç futbolçumuz milli komandada
Xəbərlər / 10 Yanvar 2018 | 12:05370
Üç futbolçumuz milli komandada

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmamızın Bakıda keçiriləcək təlim-məşq toplanışında 21 futbolçu iştirak edəcək. Yanvarın 12-dən 20-dək davam edəcək hazırlıqlara “Qəbələ”nin 3 futbolçusu da çağırılıb. Bunlar Fərid Nadirov, Rüstəm Nuriyev və Kamran Quliyevdir. Onlar yığmanın paytaxtdakı toplanışında iştirak edəcəklər.