“Qəbələ”dən üç qələbə
Xəbərlər / 12 Fevral 2024 | 16:2232
“Qəbələ”dən üç qələbə

“Qəbələ” futbol akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Təmsilçilərimizdən üçü turu qələbə ilə başa vurub.

 

U-19 evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. 16 matçda 35 xal toplayan komandamız Gənclər liqasında 4-cü yerdə qərarlaşıb. U-17 səfərdə EFA-nı iki cavabsız qolla üstələyib. 19 oyunda 35 xaı yığan “qırmızı-qaralar” turnir cədvəlində 5-cidir. 

 

EFA-nın qonağı olan U-16 səfərdən xalsız ayrılıb – 0:1. 17 qarşılaşmada 23 xal toplayan komandamız 7-ci yerdədir. ASTA-nı qəbul edən U-15 turu qələbə ilə başa vurub – 2:1. 18 matçda 33 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.