“Qəbələ” Futbol Akademiyası üçün antidopinq maarifləndirmə seminarı - Fotoreportaj
Xəbərlər / 13 Dekabr 2023 | 18:5634
“Qəbələ” Futbol Akademiyası üçün antidopinq maarifləndirmə seminarı - Fotoreportaj

“Qəbələ” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov tərəfindən keçirilən seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub. 

 

Nümunələrin toplanmasından laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin idmançılara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib. 

 

Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.