“Qəbələ” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə seminar keçirilib - Fotoreportaj
Xəbərlər / 14 Fevral 2024 | 16:0264
“Qəbələ” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə seminar keçirilib - Fotoreportaj

“Qəbələ” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə oyun qaydaları ilə bağlı seminar keçirilib.

 

U-15, U-16, U-17 və U-19 komandaları üçün nəzərdə tutulan seminar klubun gənclər futbolunun inkişafı proqramının rəhbəri Famil Xəlilovun nəzarəti altında təşkil olunub.

 

O, oyun qaydalarındakı yeniliklər haqqında məlumat verib. Müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib. Seminar sual-cavab bölməsi ilə başa çatıb.