“Qəbələ”nin qızlar komandasına seminar keçirildi - Fotoreportaj
Xəbərlər / 16 Mart 2024 | 21:4318
“Qəbələ”nin qızlar komandasına seminar keçirildi - Fotoreportaj

“Qəbələ”nin Yüksək Qızlar Liqasında çıxış edən komandasının məşqçi və futbolçu heyətinə hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar keçirilib. Tədbir klubun gənclər futbolunun inkişafı proqramının rəhbəri və akademiyanın baş məşqçisi Famil Xəlilovun nəzarəti altında təşkil olunub.

 

O, hakimlik məsələləri və oyun qaydaları, həmçinin yeniliklər haqqında məlumat verib. Müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib. Qəbələ şəhər stadionunda təşkil olunan seminar sual-cavab bölməsi ilə başa çatıb.