U-14-dən səkkiz cavabsız qol
Xəbərlər / 2 Aprel 2024 | 14:2926
U-14-dən səkkiz cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Şimal-Qərb və Qarabağ regionunda mübarizə aparan U-14 “Olimpiya”nın (Ağcabədi) qapısından 8 cavabsız top keçirib. İki turdan sonra 6 xala malik “Qəbələ” 1-ci pillədədir.

 

“Kəpəz”in qonağı olan U-15 səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb. 22 matçda 37 xal yığan “qırmızı-qaralar” 7-ci yerdədir.

 

“Qarabağ”la görüşən U-16 səfərdən xalsız dönüb – 2:6. 23 oyunda 32 xal toplayan komandamız 7-ci pillədə qərarlaşıb.