U-15-dən 5 cavabsız qol
Xəbərlər / 11 Dekabr 2023 | 17:4959
U-15-dən 5 cavabsız qol

“Qəbələ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər.

“Qarabağ”la görüşən U-17 səfərdən xalsız ayrılıb – 0:3. Keçirdiyi 14 matçda 24 xal toplayan “qırmızı-qaralar” 6-cı pillədə qərarlaşıb.

“Səbail”in qonağı olan U-16 böyükhesablı qələbə qazanıb – 4:1. 12 matçda 16 xal yığan komandamız 8-ci pillədə yer alıb.

U-15 səfərdə İCBFA-nın qapısından 5 cavabsız qol keçirib. 14 oyunda 27 xal toplayan “Qəbələ” turnir cədvəlində 7-cidir.

U-13 Şimal-Qərb və Qarabağ regionunun Qəbələdəki matçlarında Ağdaş “Şirvan”ı ilə qarşılaşan “qırmızı-qaralar” 7:2 hesablı qələbə qazanıb. Komandamız 9 turdan sonra 27 xalla 1-ci yerdə qərarlaşıb.