U-15-dən altı cavabsız qol
Xəbərlər / 20 Dekabr 2023 | 22:0762
U-15-dən altı cavabsız qol

“Qəbələ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında mübarizə aparan U-19 səfərdə “Neftçi” PFK-ya məğlub olub – 0:5. Keçirdiyi 12 matçda 26 xal toplayan komandamız turnir cədvəlində 4-cüdür.

U-16 evdə “Neftçi” PFK ilə heç-heçə edib – 3:3. 13 matçda 17 xal yığan “Qəbələ” 8-ci yerdə qərarlaşıb.

U-15 səfərdə “Ulduz Mingəçevir”ə 6 cavabsız qol vurub. 15 oyunda 30 xal toplayan “qırmızı-qaralar” 5-ci pillədədir.

“Qafqaz Arena” ilə qarşılaşan U-13 böyükhesablı qələbə qazanıb – 4:1. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən komandamız 10 turdan sonra 30 xalla liderdir.