U-15 və U-14-dən böyükhesablı qələbə
Xəbərlər / 8 Aprel 2024 | 17:0317
U-15 və U-14-dən böyükhesablı qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında çıxış edən U-19 İCBFA üzərində 8:0 hesablı ev qələbəsinin ardından “Zirə” ilə səfər matçına çıxıb – 2:4. Komandamız 23 oyundan sonra 50 xalla turnir cədvəlində 4-cüdür.

 

“Araz-Naxçıvan”ın qonağı olan U-17 1:1 hesablı heç-heçəyə imza atıb. Keçirdiyi 25 matçda 44 xal toplayan “qırmızı-qaralar” 5-ci pillədə qərarlaşıb. 

 

U-16 “Sabah”la ev oyunundan xalsız ayrılıb – 0:2. 23 qarşılaşmadan sonra 32 xala malik “Qəbələ” 7-ci sıradadır.

 

“Araz-Saatlı”nı qəbul edən U-15 böyükhesablı qələbə qazanıb – 11:1. 23 oyunda 40 xal yığan komandamız turnir cədvəlində 7-cidir.

 

“Kəpəz”lə görüşən U-14 də böyük hesabla qalib gəlib – 5:1. Ardıcıl üçüncü qələbəsini qazanan “Qəbələ” Şimal-Qərb və Qarabag regionunda liderdir.