U-16-dan doqquz cavabsız qol
Xəbərlər / 20 Fevral 2024 | 16:0839
U-16-dan doqquz cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. “Sabah”ın qonağı olan U-19 iki cavabsız qolla uduzub. 17 oyunda 35 xal toplayan komandamız Gənclər Liqasının turnir cədvəlində 4-cüdür. U-17 öz meydanında “Zirə”yə qalib gəlib – 1:0. 20 oyunda 38 xal toplayan komandamız turnir cədvəlində 5-ci yerdədir.

 

U-16 öz meydanında İCBFA ilə görüşüb. “Qırmızı-qaralar” 9 cavabsız qolla qələbə qazanıb. 18 matçda 26 xal toplayan komandamız 7-ci pillədə qərarlaşıb. U-15 səfərdə “Lion”la məhsuldar heç-heçə edib – 2:2. 19 matçda 34 xal toplayan “Qəbələ” turnir cədvəlində 7-cidir.