U-19-dan yeddi cavabsız qol
Xəbərlər / 5 Mart 2024 | 16:5531
U-19-dan yeddi cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. U-19 “Kəpəz”lə ev matçında 7 cavabsız qolla qələbə qazanıb. Gənclər Liqasında keçirdiyi 19 görüşdə 41 xal toplayan “Qəbələ” 4-cü pillədədir.

 

U-17 öz meydanında “Sabah”a məğlub olub – 1:2. 22 oyunda 41 xal toplayan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.

 

“Zirə”ni qəbul edən U-16 4:3 hesablı qələbə qazanıb. 20 görüşdə 29 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 7-cidir.

 

U-15 səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. 21 oyunda 34 xal toplayan komandamız turnir cədvəlində 7-cidir.