“Qəbələ”nin rəqibləri müəyyənləşdi
Xəbərlər / 15 May 2024 | 13:1322
“Qəbələ”nin rəqibləri müəyyənləşdi

AFFA-nın U-13, U-14 və U-15 liqalarında final mərhələsinin püşkü atılıb. U-13 və U-14 liqalarında 1/8, U-15 Liqasında isə 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

 

“Qəbələ”nin bu yaş qrupları üzrə komandalarının rəqibləri də bəlli olub. U-13 “Vətən” İOEUGFMPHŞ, U-14 AZART, U-15 “Sumqayıt”la qarşılaşacaq.

 

Pley-off oyunları ev-səfər prinsipi ilə olimpiya sistemi üzrə keçiriləcək və qalib komandalar növbəti mərhələyə yüksələcəklər.

 

U-13 Liqası

1/8 final

“Vətən” İOEUGFMPHŞ – “Qəbələ”

 

U-14 Liqası

1/8 final

AZART – “Qəbələ”

 

U-15 Liqası

1/4 final

“Qəbələ” – “Sumqayıt”