U-19-dan qələbə, U-17-dən qolsuz heç-heçə
Xəbərlər / 14 May 2024 | 11:1926
U-19-dan qələbə, U-17-dən qolsuz heç-heçə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. U-19 Gənclər Liqasının son turunda evdə “Sabah”a qalib gəlib – 1:0. 30 matçda 63 xal toplayan komandamız mövsümü 4-cü yerdə başa vurub.

 

U-17 evdə “Turan Tovuz”z 2:0 hesabı ilə qalib gəldikdən sonra səfərdə EFA ilə qolsuz heç-heçə edib. 32 görüşdə 56 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 5-cidir. U-16 səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzub. 28 görüşdə 38 xal yığan komandamız 9-cu yerdə qərarlaşıb.