M
Vüqar Məmmədov
VəzifəsiMəşqçi
Doğulduğu tarix09.07.1969
Doğulduğu yerGəncə, Azərbaycan
VətəndaşlığıAzərbaycan
KaryerasıVüqar Məmmədov 1969-cu ildə Gəncə şəhərində anadan olub. Futbol həyatına 8 yaşında qədəm qoyan Məmmədov qapıçılığın sirlərinə “Lokomotiv” İdman Cəmiyyətində yiyələnməyə başlayıb. Vüqar Məmmədovun böyük futbola gəlişi isə 1985-ci ilə təsadüf edib: O Gəncənin “Kəpəz” klubuna dəvət alıb. 1987-ci ildə hərbi xidmətə çağırılan Məmmədov 3 il OMİK-də “çərçivə qoruyub”. O, 1990-cı ildə yenidən “Kəpəz”ə qayıdıb və 1997-ci ilədək karyerasını doğma klubunda davam etdirib. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001), Bakı MOİK-i (1987-1990) və “Şəmkir” (1995-1996) klublarında çıxış edən Məmmədov 1994/1995 mövsümündə Azərbaycan çempionu, 1993/1994 mövsümündə kuboku qazanıb. 1998-ci ildə Şəmkirin eyniadlı klubuna transfer olunan qapıçı bir mövsümdən sonra yenidən “Kəpəz”ə qayıdıb və kariyerasını burada bitirib. 2005-ci ildən “Qəbələ”də qapıçı məşqçisi kimi çalışan Məmmədov 2013-cü ilin yayından əvəzedici komandada fəaliyyət göstərir.
Gəldiyi il2005
Vüqar Məmmədov
SOSIAL MEDIA