15 medalla 1-ci yer
Cüdo / 15 Dekabr 2014 | 20:02802
15 medalla 1-ci yer

Uşaq və yeniyetmələr arasında cüdo üzrə Qəbələ rayon Açıq Turniri keçirilib. “Qəbələ” İdman klubunun təşkilatçılığı ilə baş tutan yarışda Bakı, Sumqayıt və 10 rayonu təmsil edən 260 idmançı çıxış edib. Müxtəlif klub və cəmiyyətləri təmsil edən 21 komandanın cüdoçuları iki yaş qrupunda mübarizə aparıb.

İki yaş qrupunda keçirilən turnirdə qaliblər 2002-2003 və 2004-2005 təvəllüdlülər arasında müəyyənləşib. Komanda hesabında 1-ci yeri Qəbələ rayonu tutub. Klubumuzun Qəbələ bölməsini təmsil edən komanda 15 medal - 3 qızıl, 3 gümüş və 9 bürünc mükafat qazanıb. 2-ci yeri Sumqayıt şəhərinin komandası tutub. Zaqatala idmançıları isə turnirin 3-cüsü olub.
Qeyd edək ki, yarışı respublika dərəcəli hakimlər idarə edib.