16-cı dəfə “Xəzər Lənkəran”a qarşı
Xəbərlər / 18 Fevral 2012 | 20:0094
16-cı dəfə “Xəzər Lənkəran”a qarşı

Premyer Liqanın XXI turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” 16-cı dəfə bu komanda ilə görüşəcək. İndiyədək baş tutan 15 qarşılaşmadan 13-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib. Kubok matçları 2007/08 mövsümünün yarımfinalında təsadüf edib. Həmin dueli 1 qələbə və 1 heç-heçə ilə rəqib komanda qazanıb və finala yüksəlib. Çempionat matçlarında isə “Qəbələ” 2 qələbə qazanıb, 2 heç-heçə edib və 9 dəfə uduzub. Buradakı top fərqi 9:23-dür. Ümumilikdə isə 2 qələbə və 3 heç-heçə qarşılığında 10 dəfə uduzan “Qəbələ” rəqib qapısına 11 top vuraraq 27-ni buraxıb. 

“Qəbələ” – “Xəzər Lənkəran”: Bütün oyular

2006/07 09.12.2006 Premyer Liqa Xəzər Lənkəran - Gilan (Qəbələ) 4:0
2006/07 23.05.2007 Premyer Liqa Gilan (Qəbələ) - Xəzər Lənkəran 0:3
2007/08 30.09.2007 Premyer Liqa Xəzər Lənkəran - Qəbələ 2:1
2007/08 05.04.2008 Premyer Liqa Qəbələ - Xəzər Lənkəran 1:1
2007/08 09.04.2008 Azərbaycan kuboku, ½ final Qəbələ - Xəzər Lənkəran 1:3
2007/08 23.04.2008 Azərbaycan kuboku, ½ final Xəzər Lənkəran - Qəbələ 1:1
2008/09 15.11.2008 Premyer Liqa Qəbələ - Xəzər Lənkəran 0:1
2008/09 03.05.2009 Premyer Liqa Xəzər Lənkəran - Qəbələ 1:2
2009/10 19.09.2009 Premyer Liqa Qəbələ - Xəzər Lənkəran 1:1
2009/10 19.12.2009 Premyer Liqa Xəzər Lənkəran - Qəbələ 1:0
2009/10 12.03.2010 Premyer Liqa Xəzər Lənkəran - Qəbələ 4:1
2009/10 17.04.2010 Premyer Liqa Qəbələ - Xəzər Lənkəran 1:2
2010/11 07.08.2010 Premyer Liqa Xəzər Lənkəran - Qəbələ 1:0
2010/11 06.11.2010 Premyer Liqa Qəbələ - Xəzər Lənkəran 1:0
2011/12 23.09.2011 Premyer Liqa Xəzər Lənkəran - Qəbələ 2:1