18-ci duelə doğru
Xəbərlər / 20 Aprel 2012 | 09:27416
18-ci duelə doğru

Unibank Premyer Liqasının XXIX turunda “Qəbələ” “İnter”lə qarşılaşacaq. Aprelin 22-dəki görüş rəqiblərin tarixində 18-ci dueli olacaq. İndiyədək komandalar 17 dəfə üz-üzə gəliblər. Bunların 15-i çempionat, 2-si kubokda gerçəkləşib.

Rəqiblərin duellərində hələlik üstünlük paytaxt təmsilçisinin tərəfindədir. Bakılılar 8 dəfə qalib gəlibsə, Qəbələ təmsilçisi 3 dəfə sevinən tərəf olub. Komandalar 6 dəfə meydanı “sülh”lə tərk edib. Bu qarşılaşmalardakı top fərqi də “İnter”in tərəfindədir – 26:12.

Tərəflərin 1 dəfə kubokda üz-üzə gəlib 2 oyunda münasibətlərini ayırd etdiyini nəzərə alsaq 17 matçdan 15 çempionat matçında “Qəbələ” 2, “İnter” isə 7 qələbə qazanıb və 6 dəfə bərabərlik qeydə alınıb. Çempionatda rəqib qapısına 21 top vuran bakılılar 10 dəfə qapısında qol görüb. Bütün qələbələrini öz meydanında qazanan “Qəbələ” paytaxtda səfər sindromunu qırmaq, ilk qələbəsini qazanmaq niyyətindədir. Belə ki, “İnter”in meydanındakı 8 görüşdə 5 dəfə meydan sahibləri qələbə qazanıb və 3 heç-heçə qeydə alınıb. Paytaxtdakı oyunlarda meydan sahibləri 20, qonaqlar isə 5 qol vurub.

“Qəbələ” və “İnter” arasında baş tutan son 4 oyunda bakılılar qələbəyə həsrətdir. 2010-cu ilin sentyabrındakı görüşdən sonra baş tutan 4 qarşılaşmada 1 dəfə qalib müəyyənləşib ki, bu da “Qəbələ” olub. Digər 3 matçda isə tərəflər hərəyə 1 xal əldə ediblər.

2006/07

05.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - İnter (Bakı)

0:0

2006/07

12.02.2007

Premyer Liqa

İnter (Bakı) - Gilan (Qəbələ)

2:0

2007/08

02.12.2007

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1

2007/08

28.05.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:0

2008/09

30.08.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2008/09

07.03.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2008/09

29.04.2009

Azərbaycan kuboku, 1/2 final

İnter (Bakı) - Qəbələ

5:0

2008/09

06.05.2009

Azərbaycan kuboku, 1/2 final

Qəbələ - İnter (Bakı)

2:0

2009/10

26.09.2009

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

3:2

2009/10

24.12.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2009/10

10.04.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:1

2009/10

15.05.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:1

2010/11

19.09.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2010/11

13.11.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

0:0

2011/12

23.10.2011

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2011/12

11.12.2011

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:0

2011/12

24.03.2012

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1