19-cu turun görüşləri təxirə salındı
Xəbərlər / 7 Fevral 2012 | 20:00343
19-cu turun görüşləri təxirə salındı

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Premyer Liqası və I divizionun təqvimində dəyişikliklər edilib. Bu gün Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərar verib.

Premyer Liqasının XIX turunun bütün görüşləri fevral 10-11-dən martın 7-nə keçirilib. Bu üzdən də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları martın 7-8-də deyil 13-14-də baş tutacaq. 

Həmin tarixdə baş tutmalı olan cavab oyunları isə 13-14-də deyil, 28-29-da keçiriləcək. I divizionun XVI turunun bütün görüşləri isə fevralın 11-12-dən martın 28-29-a keçirilib. 

Beləliklə, bu həftəsonu baş tutmalı olan "Kəpəz" - "Qəbələ" oyunu təxirə salınaraq 7 mart tarixinə keçirilib.