2 qızl, 1 gümüş, 3 bürünc...
Cüdo / 7 Noyabr 2013 | 10:44878
2 qızl, 1 gümüş, 3 bürünc...

"Qəbələ" cüdoçuları kişilər və qadınlar arasında Azərbaycan çempionatının ilk günündə uğurlu çıxışla yadda qalıblar. Çempionatın açılış günündə idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Aişə Qurbanlı (48 kq) və Şəhanə Hüseynova (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəfəq Məmmədova 48 kq çəki dərəcəsində gümüş medal qazanıb. Nərgiz Hacıyeva (57 kq), Dürsədəf Kərimova (70 kq) və Mirzə Əskərov (66 kq) bürünc medala yiyələnib. 

Qadınlar
 
48 kq
1-ci yer – Qurbanlı Aişə ("Qəbələ")
2-ci yer – Məmmədova Şəfəq ("Qəbələ")
3-cü yer – Quliyeva Çinarə (UGİM-2 Sumqayıt)
 
52 kq
1-ci yer – Hüseynova Şəhanə ("Qəbələ")
2-ci yer – Nəzərova Gülşən (TİM Sumqayıt)
3-cü yer – Eyvazova Vəfa (NİZ Bakı)

57 kq
1-ci yer – Qasımova Kifayət ("Attila" Bakı)
2-ci yer – Xəlilova Nəzakət ("Neftçi" Bakı)
3-cü yer – Məmmədova Qahirə ("Dinamo" Gəncə)
3-cü yer – Hacıyeva Nərgiz ("Qəbələ")

70 kq
1-ci yer – Yusubova Ramilə ("Attila" Bakı)
2-ci yer – İbrahimova Əfsanə (TİM Sumqayıt)
3-cü yer – Kərimova Dürsədəf ("Qəbələ")
3-cü yer – Həsənli Günel ("Nəqşi-Cahan" İsmayıllı)


Kişilər

66 kq
1-ci yer – Heydərov Hidayət ("Neftçi" Bakı)
2-ci yer – Kərimov Tərlan ("Dinamo" Bakı)
3-cü yer  - Əsgərov Mirzə ("Qəbələ")
3-cü yer – Mustafayev Bayram ("Neftçi" Bakı)

Xatırladaq ki, Çempionatda Azərbaycanın 42 sayda cüdo klubu və idman məktəblərindən 358 nəfər cüdoçu gücünü sınayır.
   Kişilər (-60 kq, -66 kq, -73 kq, -81 kq, -90 kq, -100, +100 kq) və qadınlar (-48 kq, -52 kq, -57 kq, -63 kq, -70 kq, -78 kq, +78 kq) müvafiq olaraq 7 çəki dərəcəsində mübarizə aparır. Turnir cüdoçuların seçimi və  beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Çempionata bu gün yekun vurulacaq.