26-cı darmadağınla gələn rekord
Xəbərlər / 3 Mart 2012 | 19:52146
26-cı darmadağınla gələn rekord

Unibank Premyer Liqasının XXII turunda “Rəvan”ı 4:0 hesabı ilə darmadağın edən “Qəbələ” təsnifat mərhələsinin son oyunlarından asılı olmayaraq ilk “altılıq”da yerini təmin edib. Bu qələbə həm də klub tarixinin rekordu ilə əlamətdar olub. Belə ki, Fatih Kavlakın yetirmələri Premyer Liqada ardıcıl 3-cü qələbəsini qazanıb. 2006/07 mövsümündən güclülər sırasında olan klub elitada bundan yüksək göstəriciyə nail olmayıb. İndiyədək 4 dəfə də 3 oyunluq qələbə seriyasına malik “Qəbələ” 2007/08, 2009/10 və 2 dəfə 2010/11 mövsümündə imza atdığı rekordunu təkrarlayıb. Xatırladaq ki, “Rəvan” üzərində 4:0 hesablı qələbəyədək komanda XX turda “Simurq”u 1:0, XXI turda “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə yenmişdi. Lakin “Rəvan”la görüş təkcə bununla deyil, başqa yubiley, ilk və rekordlarla da zəngin olub.

- “Qəbələ” “Rəvan”ı 4:0 hesabı ilə məğlub edərək tarixində 26-cı böyük hesablı qələbəni qazanıb. Cari mövsümdə çempionatda 1-ci dəfə belə uğur əldə edən komanda yalnız Azərbaycan kubokunda fərqli qələbəyə sevinmişdi.

- Bunların 11-i birinci dəstə, 4-ü ölkə kuboku, 11-i isə Premyer Liqada qeydə alınıb. Komanda son dəfə çempionatda 321 gün əvvəl “Simurq”la oyunda ən azı 3 top fərqilə qalib gəlmişdi. Səfərdəki son darmadağın da elə həmin – 2010/11 mövsümünə təsadüf etmişdi. 455 gün əvvəl MOİK darmadağın edilmişdi. 4 top fərqilə son qələbə isə MOİK-lə oyundan 1 həftə əvvəl “Simurq”la görüşdə qeydə alınmışdı.

- “Qəbələ” 11-ci dəfə səfərdə böyük hesabla qalib gəlib. Bunların 4-ü birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 5-ci dəfə Premyer Liqa səfəri darmadağınla əlamətdar oldu.

- “Qəbələ”nin həm Premyer Liqadakı ümumilikdə, həm də səfərdəki ən böyük hesablı qələbəsi “Gənclərbirliyi” üzərində olub. 2007/08 mövsümündə Sumqayıtda qonaqlar 6:0 hesabı ilə qalib gəliblər. Klub tarixində ən böyük qələbə isə birinci dəstədə olub – 8:0.

“Qəbələ”nin bütün böyük hesablı qələbələri

2005/06

21.09.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Şərur (Bakı)

8:0

2005/06

15.10.2005

Azərbaycan kuboku

MOİK (Bakı) - Göy-Göl (Xanlar)

0:4

2005/06

16.11.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Gənclərbirliyi-2 (Sumqayıt)

4:1

2005/06

07.12.2005

Birinci divizion

Energetik (Mingəçevir) - Göy-Göl (Xanlar)

0:3

2005/06

15.02.2006

Birinci divizion

Şərur (Bakı) - Gilan (Xanlar)

0:3

2005/06

22.02.2006

Birinci divizion

Gilan (Xanlar) - Rote Fahne (Tovuz)

4:1

2005/06

08.03.2006

Birinci divizion

Gilan (Xanlar) - Viləş (Masallı)

3:0

2005/06

22.03.2006

Birinci divizion

Gilan (Xanlar) - Ədliyyə (Bakı)

4:0

2005/06

19.04.2006

Birinci divizion

Gənclərbirliyi-2 (Sumqayıt) - Gilan (Xanlar)

1:4

2005/06

10.05.2006

Birinci divizion

Gilan (Xanlar) - Energetik (Mingəçevir)

6:0

2005/06

17.05.2006

Birinci divizion

Yeni Yevlax - Gilan (Xanlar)

0:3

2005/06

24.05.2006

Birinci divizion

Gilan (Xanlar) - Şahdağ-2 (Qusar)

4:0

2006/07

12.09.2006

Azərbaycan kuboku

Şahdağ (Quba) - Gilan (Qəbələ)

2:5

2006/07

16.10.2006

Azərbaycan kuboku

Gilan (Qəbələ) - Şahdağ (Quba)

6:0

2007/08

11.11.2007

Premyer Liqa

Gənclərbirliyi (Sumqayıt) - Qəbələ

0:6

2008/09

09.08.2008

Premyer Liqa

Qəbələ - Muğan (Salyan)

4:1

2008/09

17.08.2008

Premyer Liqa

MOİK (Bakı) - Qəbələ

0:3

2008/09

05.10.2008

Premyer Liqa

Qəbələ - Bakılı

3:0

2008/09

14.02.2009

Premyer Liqa

Muğan (Salyan) - Qəbələ

0:4

2008/09

22.03.2009

Premyer Liqa

Qəbələ - Karvan (Yevlax)

3:0

2009/10

07.11.2009

Premyer Liqa

Qəbələ - Muğan (Salyan)

3:0

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

04.12.2010

Premyer Liqa

MOİK (Bakı) - Qəbələ

0:3

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2011/12

30.11.2011

Azərbaycan kuboku

Qəbələ - Neftçala

3:0

2011/12

03.03.2012

Premyer Liqa

Rəvan (Bakı) - Qəbələ

0:4

- “Rəvan” üzərindəki qələbə klubun Premyer Liqa tarixində 60-cı, cari çempionatda 10-cu, bu mövsüm səfərdə qazanılan 5-ci qələbə oldu.

- Premyer Liqa tarixində 80-ci səfər matçına çıxan “Qəbələnin qollarının da yubiley əhəmiyyəti oldu.

- Viktor Mendinin qarşılaşmada vurduğu ilk qol “Qəbələ”nin tarixi ərzində 280-cı, səfərdə 120-ci qolu oldu. Deon Bartonun görüşdəki son qolu isə Premyer Liqada 170, səfərdə 80-ci, cari çempionatda 25-ci qoldur.

- Komandada qol hesabını açan Yannik Kamanan “Qəbələ”nin tarixində qol vuran 68-ci futbolçu oldu. O, bunu Premyer Liqada bacaran 49-cu oyunçudur.

- Komandanın baş məşqçisi Fatih Kavlak 10-cu dəfə “Qəbələ”ni rəsmi matça çıxardı. Bunların 9-u çempionat, 1-i kuboka təsadüf edib. Bu qarşılaşmalarda onun yetirmələri 7 qələbə qazanıb və 2 heç-heçə edib.

- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələri məğlubiyyətsiz oyunlar sayını 8-ə çatdırıb. Yenilməzliyini 98 günə çatdıran “Qəbələ” uduzmadığı 8 oyunda 6 qələbə qazanıb və 2 heç-heçə edib. Bu matçlardakı top fərqi 14:2-dir. Bu matçların 7-sı çempionatda qeydə alınıb. Xatırladaq ki, komandanın Premyer Liqada ən uzun məğlubiyyətsiz seriyası 12 oyundan ibarətdir və ötən mövsüm gerçəkləşib.

- Komandanın matçdakı son qolunu vuran Deon Barton klub tarixində 14-cü dəfə rəqib qapısına yol tapdı. “Qəbələ”nin ümumi bombardirləri siyahısında 3-cü yerin sahibi olan hücumçu Kənan Kərimovdan 4, Rövşən Əhmədovdan 6 qol geri qalır. Lakin bütün qollarını çempionatda vuran Deon klubunun Premyer Liqadakı ən yaxşı bombardiridir.