27-ci darmadağın, 21-ci dubl, dayanmayan Kamanan
Xəbərlər / 12 Mart 2012 | 14:12432
27-ci darmadağın, 21-ci dubl, dayanmayan Kamanan

Unibank Premyer Liqasının XXIII turunun “Neftçi” ilə ev oyunu “Qəbələ” üçün rekordlar və seriyalarla zəngin olub. Son ölkə çempionunu 4:1 hesabı ilə məğlub edən komanda ardıcıl 2-ci dəfə Azərbaycanın ən köklü komandasına qalib gəlib.

- “Qəbələ” “Neftçi” ilə oyunlar tarixində ilk dəfə ardıcıl  qələbə qazanır.

- “Qəbələ” “Neftçi” ilə oyunlar tarixində final mərhələsində uduzmamaqda davam edir. 2009/10 mövsümündə komanda 1 qələbə qazanıb, 1 heç-heçə etmişdi. “Altılıq” oyunlarında bakılılar qələbəyə həsrətdir.

- 4-cü dəfə “Neftçi”ni məğlub edən “Qəbələ” ilk dəfə böyük hesabla qalib gəldi.

- “Qəbələ” ilk dəfə “Neftçi”nin qapısına 2-dən artıq – 4 qol vurdu.

- Ümumilikdə komanda tarixində 27-ci dəfə böyük hesabla qalib gəldi. Bunların 3-ü cari mövsüm qeydə alınıb: 2-si çempionat, 1-i kubokda.

- Bunların 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə Premyer Liqada 12-ci dəfə 3 və ya daha çox top fərqilə qələbə əldə olunub. XXII turdakı böyükhesablı qələbənin (4:0) səfərdə əldə olunduğunu nəzərə alsaq evdəki son belə nəticə 329 gün əvvəl təsadüf olunub. Həmin vaxt “Simurq”la oyunda ən azı 3 top fərqilə qalib gəlmişdi. 

- “Qəbələ” 16-cı dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 7-ci dəfə Premyer Liqa qonaqlar məğlub edildi.

- Premyer Liqadakı 12 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 2-si Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.

- “Qəbələ” 2008-cı ilin avqustundakı nailiyyətini təkrarlayıb 8 gün fasilə ilə 2 böyükhesablı qələbə qazandı.

- “Neftçi” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 18-ci komanda oldu. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 11 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.

- “Qəbələ”nin bütün böyük hesablı qələbələri

2005/06 21.09.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Şərur (Bakı) 8:0
2005/06 15.10.2005 Azərbaycan kuboku MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2005/06 16.11.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Gənclərbirliyi-2 (Sum) 4:1
2005/06 07.12.2005 Birinci divizion Energetik (Mingəçevir) - Göy-Göl (Xanlar) 0:3
2005/06 15.02.2006 Birinci divizion Şərur (Bakı) - Gilan (Xanlar) 0:3
2005/06 22.02.2006 Birinci divizion Gilan (Xanlar) - Rote Fahne (Tovuz) 4:1
2005/06 08.03.2006 Birinci divizion Gilan (Xanlar) - Viləş (Masallı) 3:0
2005/06 22.03.2006 Birinci divizion Gilan (Xanlar) - Ədliyyə (Bakı) 4:0
2005/06 19.04.2006 Birinci divizion Gənclərbirliyi-2 (Sum) - Gilan (Xanlar) 1:4
2005/06 10.05.2006 Birinci divizion Gilan (Xanlar) - Energetik (Mingəçevir) 6:0
2005/06 17.05.2006 Birinci divizion Yeni Yevlax - Gilan (Xanlar) 0:3
2005/06 24.05.2006 Birinci divizion Gilan (Xanlar) - Şahdağ-2 (Qusar) 4:0
2006/07 12.09.2006 Azərbaycan kuboku Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 Azərbaycan kuboku Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 11.11.2007 Premyer Liqa Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6
2008/09 09.08.2008 Premyer Liqa Qəbələ - Muğan (Salyan) 4:1
2008/09 17.08.2008 Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2008/09 05.10.2008 Premyer Liqa Qəbələ - Bakılı 3:0
2008/09 14.02.2009 Premyer Liqa Muğan (Salyan) - Qəbələ 0:4
2008/09 22.03.2009 Premyer Liqa Qəbələ - Karvan (Yevlax) 3:0
2009/10 07.11.2009 Premyer Liqa Qəbələ - Muğan (Salyan) 3:0
2010/11 27.11.2010 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 4:0
2010/11 04.12.2010 Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2010/11 17.04.2011 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0
2011/12 30.11.2011 Azərbaycan kuboku Qəbələ - Neftçala 3:0
2011/12 03.03.2012 Premyer Liqa Rəvan (Bakı) - Qəbələ 0:4
2011/12 11.03.2012 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 4:1

- “Neftçi” ilə oyunda “Qəbələ”nin 2 futbolçusu dubla imza atdı. Luiz Hilario və Yannik Kamanan hərəyə 2 qol vurdu. Bu matçadək klub tarixində 19 dubl var idisə, Hilario 20-ci, Kamanan 21-ci uğurun müəllifi oldu.

- İlk dəfə buna nail olan Hilario klub tarixində dubl etmiş sayca 15-ci futbolçu oldu.

- Kamanan isə Kənan Kərimovun 2008/09 mövsümündəki rekordunu təkrarlayıb Premyer Liqadakı 1 çempionatda 2-ci dublunu rəsmiləşdirdi.

- Ümumilikdə Kənan hamıdan çox – 4, Rövşən Əhmədov, Vüsal Qarayev isə Kamanan kimi hərəyə 2 dubl müəllifi olublar.

- Bu 21 dubldan 4-ü birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 13 belə hal yaşanıb. Kənan və Yannik Premyer Liqada hamıdan çox – 2 dubl müəllifi olublar.

- “Qəbələ”nin bütün dublları

2005/06, I dəstə
Rövşən Əhmədov – 2, İbrahim Hüseynov, Qədir İlyasov – hərəyə - 1

2006/07, güclülər dəstəsi
Vüsal Qarayev - 1

2006/07, kubok
Vüsal Qarayev – 1

2007/08, güclülər dəstəsi
Bokunqu Ncioli Fiston, Vitali Balamestnı – hərəyə 1

2008/09, Premyer Liqa
Kənan Kərimov - 2

2008/09, kubok
Kənan Kərimov - 2

2009/10, Premyer Liqa
İqor Melnik, Kristian Torres, Tomaş Stolpa - hərəyə 1

2010/11, Premyer Liqa
Deon Barton – 1

2011/12, Premyer Liqa
Yannik Kamanan – 2, Luiz Hilario - 1

2011/12, kubok
Serge Cehua - 1

- Kamananın matçda vurduğu son qol “Qəbələ”nin Premyer Liqadakı ev matçların 90-cı, ümumilikdə isə evdə vurulan 160-cı qol oldu.

- Ardıcıl 3 oyundur meydanı qolsuz tərk etməyən fransalı hücumçu bu qarşılaşmalarda 5 qol vurub. 

- “Qəbələ” isə ardıcıl 5 oyundur meydanı qolsuz tərk etmir. Bununla da komanda özünün Premyer Liqa tarixindəki rekordu olan 2009/10 mövsümündəki 9 oyunluq seriyasına yaxınlaşır.

- Baş məşqçi Fatih Kavlakın rəhbərliyi altında komanda 5-ci ev qələbəsi qazandı.

- “Qəbələ” son 7 ev oyununda uduzmur. Son dəfə  ötən il oktyabrın 29-da “Simurq”a 0: 2 hesabı ilə uduzan komanda sonrakı 6 çempionat və 1 kubok matçında yenilməz olub.

- Həm çempionat, həm də ümumilikdə vurduğu qolların sayını 5-ə çatdıran Kamanan klub tarixinin 20, komandanın Premyer Liqa tarxinin 13 ən yaxşı bombardiri siyahısına daxil olub.

- Həm çempionat, həm də ümumilikdə vurduğu qolların sayını 8-ə çatdıran Luiz Hilario klub tarixinin 11, komandanın Premyer Liqa tarixinin 5 ən yaxşı bombardiri siyahısına daxil olub. İndi o yalnız Deon Barton (14), Kənan Kərimov və Vitali Balamestnıdan (11),geri qalaraq Fərzad Hatəmi ilə eyni sayda çempionat qolu vurub.