3 qol «Qəbələ»yə yetmədi - Fotoreportaj
Oyun icmalı / 22 Yanvar 2013 | 17:40711
3 qol «Qəbələ»yə yetmədi - Fotoreportaj

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Almaniya təmsilçisi "İnqolşdadt"la qarşılaşan qırmızı-qaralar 3:4 hesabilə məğlub olub.
"Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb: 

Dieqo Koşta Silva, Vurğun Hüseynov, Deyan Kelhar, Rəşad Abdullayev, Dodo, Viktor Mendi, Mustafa Dabo, Emin İmaməliyev, Ürfan Abbasov, Qoqiç, Emeqara.

Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. 29-cu dəqiqədə almanlar hesabı açmağa müvəffəq olublar. Hissənin sonlarına doğru təzyiqi artıran "Qəbələ" status-kvonu bərpa edib. Rəşad Abdullayev cərimə zərbəsindən topu tora göndərib. 

İkinci hissə də eyni ssenari ilə davam edib. 49-cu dəqiqədə avropalılar yenidən hesabı öz xeyrlərinə dəyişiblər. Lakin almanların bu üstünlüyü cəmi 4 dəqiqə çəkib. Rəşad Abdullayevin cərimə meydançası daxilindən ötürməsini rəqib müdafiəçi öz qapısına göndərib - 2:2.
Bu qoldan sonra hücumlarının kəsərini artıran almanlar ardıcıl 2 dəfə "Qəbələ"nin qapısına yol tapıblar. Matçda son nöqtəni isə Viktor Mendiden ideal ötürmə alan Yannik Kamanan qoyub və hesab arasındakı fərqi minimuma endirib - 3:4.
Beləliklə, "Qəbələ" Antalyada keçirdiyi ilk yoxlama oyununda minimal hesabla məğlub olub. Növbəti qarşılaşma yanvarın 25-də baş tutacaq. Ramiz Məmmədovun yetirmələri Nalçik "Spartak"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.