33 gündə 4-cü dəfə
Xəbərlər / 13 Aprel 2012 | 07:52445
33 gündə 4-cü dəfə

Unibank Premyer Liqasının XXVIII turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Ağdam təmsilçisi son 33 gündə 4-cü dəfə Fatih Kavlakın yetirmələrinə rəqib olacaq. 2012-cü ildə artıq 3 dəfə görüşən rəqiblər, 2011/12 mövsümündə 6-cı duelə çıxacaq. Bu qarşılaşmalardan yalnız birincisində - Ağdamda baş tutan matçda “Qəbələ” qalib gəlmişdi. Sonrakı 4 oyun isə heç-heçə bitir. “Qəbələ” ilə “Qarabağ” müxtəlif hesablı - qolsuz, minimal, məhsuldar heç-heçə edib.
 
Ümumilikdə isə “Qəbələ” “Qarabağ”la 18-ci dəfə üz-üzə gələcək. Arxada qalan 17 oyunda cəmi 3 dəfə qalib gələn qəbələli futbolçular 6 dəfə uduzub. Lakin bu məğlubiyyətlərdən 5-i 2006-08-ci illərə təsadüf edən 5 ardıcıl oyunda qeydə alınıb. Sonrakı 12 matçda isə “Qarabağ” yalnız 1 dəfə sevinib. Rəqiblərin 17 oyununda 8 heç-heçə qeydə alınıb. Ağdamlılar top fərqində də hələlik üstündür – 21:16.

Qəbələdə keçiriləcək 9-cu qarşılaşmayadək meydan sahibləri 2 qələbə qazanıb, 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Lakin hər 3 ev yenilgisi 2006-08-ci illərdə gerçəkləşib. Həmin son ev məğlubiyyətindən sonrakı 1302 gündə “Qəbələ” 6 dəfə “Qarabağ”ı qəbul edib və uduzmayıb. Qəbələdəki oyunların top fərqin də qonaqların xeyrinədir – 10:11.

2006/07

20.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Qarabağ (Ağdam)

0:2

2006/07

22.02.2007

Premyer Liqa

Qarabağ (Ağdam) - Gilan (Qəbələ)

3:2

2007/08

06.10.2007

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2007/08

13.04.2008

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

2:1

2008/09

20.09.2008

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2008/09

15.03.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

23.09.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

06.12.2009

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:1

2009/10

21.03.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

3:1

2009/10

24.04.2010

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

1:1

2010/11

25.09.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

2:1

2010/11

13.02.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

3:0

2011/12

27.08.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:1

2011/12

21.12.2011

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

0:0

2011/12

14.03.2012

Azərbaycan kuboku, 1/4 final, ilk

Qəbələ - Qarabağ (Ağdam)

2:2

2011/12

18.03.2012

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

1:1

2011/12

28.03.2012

Azərbaycan kuboku, 1/4 final, ilk

Qarabağ (Ağdam) - Qəbələ

0:0