4 iştirakçı, 4 medal - Fotolar
Karate / 11 Mart 2014 | 10:45935
4 iştirakçı, 4 medal - Fotolar

"Qəbələ" karateçiləri XXII Azərbaycan Çempionatında uğurlu çıxışla yadda qalıblar. Turnirə 4 karateçi - Rafael Ağayev (75 kq), Niyazi Alıyev (67 kq), Rafiz Həsənov (67 kq) və Orxan Heydərli (mütləq çəki) ilə qatılan klubumuz 2 qızıl və 2 bürünc medal qazanıb. Komandamızı qızıl medalları rəqiblərinə heç bir şans verməyən Rafael Ağayev və Niyazi Alıyev qazandırıb. Rafiz Həsənov və Orxan Heydərli isə çempionatı bürünc medalla yekunlaşdırıb.