7-ci Antalya səfəri, 50-ci qol
Xəbərlər / 4 Fevral 2012 | 20:00349
7-ci Antalya səfəri, 50-ci qol

Artıq 7-ci dəfədir təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Qəbələ” hazırlıqlarını başa vuraraq vətənə qayıtdı. Komanda əvvəlcədən planlaşdırıldığı kimi qonşu ölkədə 5 yoxlama matçı keçirdi. Fatih Kavlakın yetirmələri 1-i oyunsonrası penaltilər seriyasında olmaqla 3 qələbə qazanaraq 2 dəfə meydanı məğlubiyyətlə tərk etdi.

Klubumuzun tarixinə baxsaq, avrokuboklar və Birlik kubokunda oynamamasına baxmayaraq, “Qəbələ” kifayət qədər beynəlxalq oyun keçirib. Bunlar da əsasən məhz xaricdə baş tutan təlim-məşq toplanışlarında gerçəkləşib. Bir dəfə İngiltərə, digər hallarda elə indiki kimi Antalyaya üz tutan “Qəbələ” bu hazırlıq çərçivəsində 33 beynəlxalq matç keçirib. Həmin toplanışlarda xaricilərlə 33 matçdan başqa “Neftçi” ilə 2 dəfə üz-üzə gəlib. 2009-cu ilin yayındakı matçlarda bakılılar üstün olublar – 1:1 və 0:2.

Beynəlxalq oyunlara gəlincə isə Türkiyədəki 28, İngiltərədəki 5 matçla yanaşı Qəbələdə də 2 belə oyun baş tutub. Bunlar ötən yay təşkil olunan “Jalə” kuboku turnirində gerçəkləşib.

Komanda ən çox Türkiyə təmsilçiləri ilə görüşüb – 9 dəfə. Bu oyunlarda 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb. Top fərqi 16:4-dür. İngiltərə toplanışında yerli komandalarla 5 qarşılaşmada isə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşanıb. Top fərqi 8:6-dır.

4 dəfə qarşılaşdığı Cənubi Koreya təmsilçiləri isə “Qəbələ” üçün münasib rəqib deyil. 3 dəfə uduzub, 1 dəfə məğlub edilən asiyalılar top fərqində də üstündür – 4:7. Rusiyalılarla 3 matçda isə “Qəbələ” məğlubiyyət görməyib: 1 qələbə və 2 heç-heçə, top fərqi - 4:3. Builki toplanışda 2 Ukrayna klubunu sınağa çəkən komanda bu ölkə təmsilçiləri ilə oyunların sayını da 3-ə çatdırıb. Ukraynalılarla görüşlərdə 1 qələbə və 2 məğlubiyyəti olan qəbələlilər top fərqində geridədir – 4:5.

Qəbələ futbolçuları ən azı 3 dəfə görüşdüyü bu 5 ölkə təmsilçilərindən başqa Gürcüstan, İran, Qazaxıstan və Xorvatiyanın hərəsindən 2 komanda ilə üz-üzə gəlib. Sonuncu 2 ölkə ilə 2-ci matç məhz son toplanışa təsadüf edib. Ötən ay sınağa çəkilən “Vitorul Konstanta” isə “Qəbələ” ilə qarşılaşan ilk Rumıniya klubu kimi tarixə düşdü. Komandanın əvvəllər Anqola və Polşadan olan 1 klubla da qarşılaşdığını nəzərə alsaq  “Qəbələ” ümumilikdə 12 ölkə təmsilçiləri ilə 35 oyun keçirib. 

Bu matçlarda oyunsonrası penaltilər seriyası da nəzərə alınmaqla 16 qələbəsi olan komanda 6 heç-heçə edib və 13 dəfə uduzub. Top fərqində də üstünlük hiss olunur – 50:38. Bu isə o deməkdir ki, yeni başa çatan toplanışda vurulan son qol beynəlxalq matçlardakı yubiley qoludur. Həmin - əcnəbilərin qapısına vurulan 50-ci topu isə Xorvatiya “Split”inin qapısından Lyubo Baranin keçirib.

Beynəlxalq yoldaşlı oyunları

2006, yay, Türkiyə

1. Zeytınburnuspor (Türkiyə) - 0:1
2. Qaziantepspor (Türkiyə) - 1:0
3. Karşıyaka (Türkiyə) - 1:2
4. Akçaabat Sebatspor (Türkiyə) - 8:0

2008, yay, Türkiyə

5. Konyaspor (Türkiyə) - 0:0
6. İstiqlal (İran) - 0:1
7. Adanaspor (Türkiyə) - 1:0
8. Saypa (İran) - 3:1

2009, qış, Türkiyə

9. Taraz (Qazaxıstan) - 0:1
10. Amkar (Rusiya) - 1:1
11. Arka (Polşa) - 2:1
12. Arsenal (Ukrayna) - 2:3

2009, yay, Türkiyə

13 Kocaelispor-2 (Türkiyə) - 0:0
14. Kartalspor (Türkiyə) - 3:0
15. Siirt Jetpaspor (Türkiyə) - 2:1

2010, qis, Türkiyə

16. Tom (Rusiya) - 2:1
17. Baltika (Rusiya) - 1:1
18. Çunnam Draqonz (Cənubi Koreya) - 1:3
19. Rekreativo (Anqola) - 3:0
20. İnçoon Yunayted (Cənubi Koreya) - 0:1

2010, qış, Türkiyə

21. Yonselo (Cənubi Koreya) - 1:3
22. Qyeonqnam (Cənubi Koreya) - 2:0
23. Lokomotiv (Xorvatiya) - 1:1

2011, yay, İngiltərə

24. Barnet (İngiltərə) - 0:1
25. Bişops Stortford (İngiltərə) - 0:0
26. Sent-Albans (İngiltərə) - 3:2
27. Hayes Yeading (İngiltərə) - 2:1
28. Luton Taun (İngiltərə) - 3:2

2011, yay, Qəbələ

29. Dila (Gürcüstan) - 1:3
30. Spartak (Gürcüstan) - 0:1

2012, qış Türkiyə

31. Atırau (Qazaxıatan) - 1:2
32. Krivbass (Ukrayna) - 1:2
33. Vitorul Konstanta (Rumıniya) - 1:0
34. Obolon (Ukrayna) - 1:0
35. RNK Split (Xorvatiya) – 2:2, pen.4:3