8 ötürmə və qol - VİDEO
Xəbərlər / 17 Aprel 2012 | 07:28450
8 ötürmə və qol - VİDEO

Unibank Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" matçı komandamızın qələbəsi ilə yekunlaşdı. Görüşdə Yannik Kamananın vurduğu yeganə qol ilk baxışdan sadə görünsə də, hazırlanan kombinasiya göz oxşuyur. Qapıçımız Qrem Smitin başladığı hücumu 8 ötürmə və dəqiq zərbədən sonra rəqib qapıçı Boyan Pavloviç tordan çıxarır. Bu baxımlı hücum haqqında Xəzər TV-nin hazırladığı sujeti sizlərə təqdim edirik